Dieqo Qodin karyerasını yenidən İspaniyada davam etdirməyə yaxındır.
İtaliya “Kalyari”sində çıxış edən uruqvaylı müdafiəçi “Valensiya”nın transfer siyahısına düşüb.
La Liqa klubu 35 yaşlı futbolçunu almaq niyyətindədir. Qodinin transfer qiyməti 2 milyon avrodur. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Dieqo 2007-10-cu illərdə “Vilyarreal”, 2010-19-cu illərdə “Atletiko”nun formasını geyinib.