• 21 Oktyabr 2026
logo
“Bursaspor”da növbəti dəfə baş məşqçi istefası olub

“Bursaspor”da növbəti dəfə baş məşqçi istefası olub

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun şərəfini qoruduğu Türkiyənin “Bursaspor” klubunda növbəti baş məşqçi istefası gerçəkləşib.
1-ci liqa klubu Özcan Bizati ilə vidalaşıb.
Onunla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Bu, “Bursaspor”da mövsüm ərzində üçüncü baş məşqçi istefasıdır.
Qeyd edək ki, mövsümə Mustafa Erlə başlayan komandada Fatih Təkkə də uzun müddət duruş gətirə bilməyib.