• 21 Oktyabr 2026
logo
“Qarabağ” avrokubokda 12 milyon 275 min manat qazanıb

“Qarabağ” avrokubokda 12 milyon 275 min manat qazanıb

“Qarabağ”ın Konfrans Liqasının arxada qalan hissəsindəki qazandı bəlli olub.
Qurban Qurbanovun yetirmələri 6 milyon 391 min 500 avro əldə edib.
Bu vəsait 12 milyon 274 min 875 manat 75 qəpiyə bərabərdir. Azərbaycan vitse-çempionu bu vəsaiti 4 yolla qazanıb.
İştirak haqqı olaraq klubun qazancı 3,3 milyon avro təşkil edib. Təsnifat mərhələlərinin hərəsi üçün 100 min qazanan “Qarabağ” qrupda oynadığı üçün 3 milyon əldə edib.
Oyunların nəticələrindən gələn vəsait 1 milyon 832 minə bərabərdir. Qrupdakı üç qələbənin hərəsi 500, iki heç-heçənin hərəsi 166 min mükafat gətirib.
Qrupda ikinci yer tutmaq da əlavə xeyir verib. Buna görə “Qarabağ” 325 min alacaq.
Son 10 ilin reytinqinə görə Konfrans Liqasında 12-ci olmaq da klubun büdcəsinə təsir edəcək. Bu mövqeyə görə UEFA 934 min 500 avro ödəyəcək.