• 18 Aprel 2024
logo
“Liverpul” və “Ayaks” Çempionlar Liqasında ilkə imza atıb

“Liverpul” və “Ayaks” Çempionlar Liqasında ilkə imza atıb

Çempionlar Liqasının qrup mərhələsində iki komanda bütün oyunlarda qalib gəlib.
İngiltərə “Liverpul”u və Niderland “Ayaks”ı 6 matçın hamısında qələbə qazanıb.
Hər iki komanda həm özünün, həm də ölkəsinin tarixində ilkə imza atıb. Bunadək nə İngiltərə, nə Niderland klubu qrupda 18 xal toplayıb.
Cari mövsümədək belə hadisəyə 7 dəfə təsadüf olunub. Bir mövsümdə iki komandanın uğur qazanması isə ilk dəfə qeydə alınır. Əvvəlki illərdə “Milan” 1992/93, PSJ 1994/95, “Spartak” 1995/96, “Barselona” 2002/03, “Real” 2011/12 və 2014/15, “Bavariya” 2019/20 mövsümündə qrupda xal itirməyib.