• 20 Aprel 2024
logo
Dünya yığması açıqlanıb

Dünya yığması açıqlanıb

Dünyanın rəmzi komandası açıqlanıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi “11-lik” 4-3-3 sxemi üzrə qurulub.
İtaliya millisi dünya yığmasında daha çox – 3 futbolçu ilə təmsil olunub. Portuqaliyanın iki oyunçusu rəmzi komandada yer alıb. Digər 6 futbolçu fərqli ölkə təmsilçiləridir.
Qapıçı: Canluici Donnarumma (İtaliya);
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş), Leonardo Bonuççi (İtaliya), Ruben Diaş (Portuqaliya), Alfonso Devis (Kanada);
Yarımmüdafiəçilər: Jorjinyo (İtaliya), Lionel Messi (Argentina), Kevin de Breyne (Belçika);
Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya), Robert Levandovski (Polşa), Kilian Mbappe (Fransa).