• 23 Aprel 2024
logo
“Barselona” de Yonqu satmağa məcbur olur

“Barselona” de Yonqu satmağa məcbur olur

“Barselona”nın futbolçusu Frenki de Yonq qış fasiləsində İngiltərəyə yollana bilər.
Niderlandlı yarımmüdafiəçi “Mançester Yunayted”in maraq dairəsindədir.
Premyer Liqa təmsilçisi futbolçunun transferi üçün 55 milyon avro ödəməyə hazırdır. İspaniya nəhəngi yarımmüdafiəçisi üçün 70 milyon tələb edir.
Amma barselonalıların güzəştə gedəcəyi gözlənilir. Ciddi maliyyə sıxıntıları olan La Liqa klubu borclarla bağlı problemini həll edə bilməsə, mançesterlilərin verəcəyi məbləğlə kifayətlənməyə məcbur qalacaq.
Qeyd edək ki, Frenki cari mövsüm La Liqada 12 oyunda 1 qol və 2 assistlə fərqlənib.