• 20 Aprel 2024
logo
Cenk Tosun Türkiyəyə qayıdır

Cenk Tosun Türkiyəyə qayıdır

“Everton”un hücumçusu Cenk Tosun Türkiyəyə qayıtmağa hazırlaşır.
30 yaşlı forvard yenidən sabiq komandası “Beşiktaş”ın formasını geyinmək üzrədir.
İstanbul təmsilçisi bu transferi qış fasiləsində həyata keçirmək üçün ingilislərlə danışıqlara başlayıb. Liverpul klubu futbolçusunu 3 milyon avroya satmaq niyyətindədir. Lakin onun Premyer Liqa təmsilçisi ilə müqaviləsinin mövsümün sonuna qədər olduğunu nəzərə alan “qara qartal” keçidi 1,5 milyon avroya reallaşdırmağa çalışır. Üstəlik, başqa təklifin olmaması da Cenkin “Beşiktaş”a keçmək ehtimalını artırır.
Qeyd edək ki, “Everton”a 2018-ci ildə “Beşiktaş”dan transfer olunan Cenk Tosun bu ilin ilk 6 ayını icarə əsasında “ağ-qaralar”ın heyətində keçirib.