• 19 Aprel 2024
logo
“Real”ının futbolçusu “Qalatasaray”a keçə bilər

“Real”ının futbolçusu “Qalatasaray”a keçə bilər

İspaniya “Real”ının futbolçusu Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər.
63 milyon avroya transfer olunan, lakin ümidləri doğrultmayan serbiyalı hücumçu “Qalatasaray”ın hədəfindədir.
Qış transfer pəncərəsində hücumçu almağı planlaşdıran İstanbul klubu Lukanı heyətinə qatmaq niyyətindədir. 23 yaşlı forvard artıq instaqramda da “Qalatasaray”ın səhifəsini izləməyə başlayıb.
Qeyd edək ki, cari mövsüm La Liqada 71, Çempionlar Liqasında 35 dəqiqə şans qazanan Yoviç qola həsrətdir.