• 27 Aprel 2024
logo
Maykl Karrik 15 ildən sonra “Mançester Yunayted”dən ayrılıb

Maykl Karrik 15 ildən sonra “Mançester Yunayted”dən ayrılıb

Maykl Karrik “Mançester Yunayted”i tərk edib.
Bunu ingiltərəli mütəxəssisin özü açıqlayıb.
Baş məşqçi Ole-Qunnar Sulşerin istefaya göndərilməsindən sonra bu vəzifəni müvəqqəti icra edən Karrik Premyer Liqa klubundan ayrılıb. “Arsenal” üzərində 3:2 hesablı qələbə onun əvəzləyici postunda son matçı olub.
Karrik yeni baş məşqçi Ralf Ranqnikin məşqçilər korpusunda yer almayacaq. Bununla da onun Mançester təmsilçisindəki 15 illik fəaliyyəti başa çatıb. Karrik 2006-18-ci illərdə futbolçu, 2018-21-ci illərdə məşqçi kimi klubun uğurları üçün çalışıb.