• 19 Aprel 2024
logo
“Qarabağ” - “Omoniya” matçının favoriti açıqlanıb

“Qarabağ” - “Omoniya” matçının favoriti açıqlanıb

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.
Bukmeker kontorları Azərbaycan təmsilçisi “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində keçirəcəyi sonuncu ev matçının da favoritini müəyyənləşdirib.
“Qarabağ” Bakıda “Omoniya” ilə qarşılaşmanın güclüsü hesab edilir. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçda aşkar favorit olan Ağdam təmsilçisinin qələbəsi 1,56, rəqibin uğuru 5,90 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,00 əmsal verilib.
Qeyd edək ki, “Qarabağ”ın oyunu saat 21:45-da başlayacaq.