• 25 Aprel 2024
logo
“İnter” Çempionlar Liqasında son 9 ildə ilk dəfə qrupdan çıxıb

“İnter” Çempionlar Liqasında son 9 ildə ilk dəfə qrupdan çıxıb

İtaliya “İnter”i Çempionlar Liqasındakı 1/8 final həsrətinə son qoyub.
Milan təmsilçisi son 9 ildə ilk dəfə qrupdan çıxıb.
A seriyası təmsilçisi bu hüququ V turda rəsmiləşdirib. “İnter” “Şaxtyor”u 2:0 hesabı ilə məğlub edərək buna nail olub.
Milanlılar sonuncu dəfə belə uğura 2011/12 mövsümündə imza atıb. Qrupdan çıxan “İnter” 1/8 finalda “Marsel”ə uduzub – 0:1, 2:1.
Qeyd edək ki, 10 xalla ikinci yerdə qərarlaşan “İnter” “Real”dan 2 xal geri qalır.