• 28 Mart 2024
logo
Yuventus” son 63 ildə ən ağır məğlubiyyətini alıb

Yuventus” son 63 ildə ən ağır məğlubiyyətini alıb

İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasında son 63 ildə ən ağır məğlubiyyətini alıb.
Turin təmsilçisi qrup mərhələsinin V turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzub.
“Ağ-qaralar” qitənin ən nüfuzlu klub turnirində belə ağır məğlubiyyəti sonuncu dəfə 1958-ci ildə yaşayıb. Çempionlar kuboku adlanan yarışda Avstriya “Viner”i “Yuventus”u 7:0 hesabı ilə darmadağın edib.
Ümumilikdə isə turinlilər son 17 ildə ilk dəfə 4 top fərqi ilə məğlub olub. 2004-cü ilin fevralında “Roma” A seriyasının görüşündə 4:0 hesablı qələbə qazanıb.