• 23 Aprel 2024
logo
“Qalatasaray” “Arsenal”ın futbolçusunu istəyir

“Qalatasaray” “Arsenal”ın futbolçusunu istəyir

“Arsenal”ın yarımmüdafiəçisi Məhəmməd el-Neni karyerasını Türkiyədə davam etdirə bilər.
“Sun” nəşrinin məlumatına görə, 29 yaşlı futbolçu “Qalatasaray”ın maraq dairəsindədir.
“Cim-bom”un baş məşqçisi Fatih Terim misirli orta sahə oyunçusunu sərəncamında görmək istəyir. İstanbul təmsilçisi yay fasiləsində reallaşdıra bilmədiyi keçidi yanvarda həyata keçirmək niyyətindədir.
Qeyd edək ki, Məhəmməd el-Neni bu mövsüm “Arsenal”ın heyətində 4 oyun keçirib.