• 21 Oktyabr 2026
logo
“Qarabağ”ın futbolçusu Konfrans Liqasında həftənin oyunçusu adına namizəd olub

“Qarabağ”ın futbolçusu Konfrans Liqasında həftənin oyunçusu adına namizəd olub

Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
UEFA qrup mərhələsinin IV tur matçlarından sonra ən yaxşı olmağa 4 iddiaçı seçib.
Onlar arasında “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir də var. Qazaxıstanda “Kayrat” üzərindəki 2:1 hesablı qələbəyə 1 qolla töhfə verən fransalı futbolçu həftənin oyunçusu olmağa namizəddir. Onun rəqibləri Andre Qrin (“Slovan”), Keyto Nakamura (LASK) və Ola Solbakkendir (“Bodo-Qlimt”).
Qalib azarkeşlər arasında aparılan səsvermə nəticəsində bəlli olacaq.