• 21 Oktyabr 2026
logo
Mahir Emrelinin komandası yenə uduzdu

Mahir Emrelinin komandası yenə uduzdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın heyətində Polşa çempionatında növbəti oyununu keçirib.
Varşava təmsilçisi XIII turda "Poqon"u qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli start heyətində çıxış edib və 61-ci dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra "Legiya" 11 oyundan 9 xalla 18 komanda arasında 16-cı yerdə qərarlaşıb. "Poqon" isə 25 xalla 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, bu, "Legiya"nın çempionatda ardıcıl 5-ci, ümumilikdə isə 8-ci məğlubiyyətidir.