• 18 Aprel 2024
logo
Cüdoçumuz növbəti medalını qazanıb

Cüdoçumuz növbəti medalını qazanıb

Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatında 73 kq çəki dərəcəsində mübarizə aparan SSSR çempionu, Avropa və Dünya çempionatlarının qalibi Müşfiq Cəfərov bürünc medal qazanıb.
Onu da xatırladaq ki, 2013-cü ildə İspaniyada, 2014-cü ildə Dubayda veteran cüdoçular arasında keçirilən dünya çempionatlarında Müşfiq Cəfərov bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb.
2019-cu il 14 oktyabr tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında isə o, bürünc medal qazanıb.
Cavid