• 17 Oktyabr 2021
logo
“Qalatasaray” futbolçusunu 10 milyon avroya satır

“Qalatasaray” futbolçusunu 10 milyon avroya satır

“Qalatasaray”ın yollarını ayırmağa hazırlaşdığı ilk futbolçu bəlli olub.
Türkiyə mətbuatının məlumatına görə, müdafiəçi Markao “cim-bom”la vidalaşmağa yaxındır.
25 yaşlı braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. Çünki Markaonun meneceri ilə “Palmeyras” rəhbərliyi arasında danışıqlar müsbət nəticələnib. Mərkəz müdafiəçisinin razılığını alan braziliyalılar İstanbul təmsilçisinə 10 milyon avroluq təklif göndərmək qərarına gəlib.
Klublar arasında razılığın əldə olunması gözlənilir. Çünki “Qalatasaray” rəhbərliyi də Markaonu satmaqda maraqlıdır.