• 24 Aprel 2024
logo
Tibo Kurtua: “UEFA-nın daha çox pul qazanması üçün oynadıq"

Tibo Kurtua: “UEFA-nın daha çox pul qazanması üçün oynadıq"

“Millətlər Liqasında üçüncülük oyunu yalnız pul üçün keçirildi, dürüst olmaq lazımdır”.
Bunu Belçika yığmasının qapıçısı Tibo Kurtua deyib.
Bürünc mükafat uğrunda görüşdə İtaliyaya 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirən 29 yaşlı qolkiper bunu mənasız oyun adlandırıb. “Real”ın üzvü hətta UEFA-nı da təşkilatçılığa görə tənqid edib: “UEFA-nın daha çox pul qazanması üçün oynadıq. Hər iki komandanın heyətini necə dəyişdiyinə diqqət yetirin. Final matçı olsaydı, tam fərqli heyətlər meydanda olardı”.
Qeyd edək ki, Belçika yığması yarımfinalda da Fransaya 2:3 hesabı ilə məğlub olub.