• 21 Oktyabr 2026
logo
Fransa klubları azarkeşlərinə görə cəzalandırılıb

Fransa klubları azarkeşlərinə görə cəzalandırılıb

Fransa Liqa1-də oyunlar zamanı stadionda azarkeşlər arasında yaşanan qalmaqalların günahkarları cəzalandırılıb.
Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi bir neçə kluba cəza verib.
“Lill”, “Lans” və “Marsel”in hərəsindən şərti 1 xal silinib. Belə hadisə təkrarlansa, onların aktivində bir xal azalacaq.
“Lill” və “Marsel” fanatlarının dekabrın 31-dək səfər matçlarında iştirakına qadağa qoyulub. “Lans” və “Anje” isə artıq hərəyə bir oyunu azarkeşsiz keçirib. Bu klublar 20 min avro cərimə ödəməlidir.