"Traktor"dan möhtəşəm paylaşım: Elin o başı, bu başı... - Video
Cənubi Azərbaycanın "Traktor" futbol klubu maraqlı paylaşımı ilə diqqət çəkib.
Təbriz klubunun rəsmi Tvitter səhifəsində Əbdül Mahmudov və Həsənağa Turabovun 1985-ci ildə çəkdiyi "Qanlı zəmi" ("Atları yəhərləyin") filmindən paylaşım edilib.
Paylaşımda Qaçaq Nəbinin İrandan olan dövlət nümayəndəsinə "Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin o başı, bu başı olmaz" sözləri qeyd olunub.