Qadın voleybolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.
Millimiz AVRO-2021-də son matçına çıxıb.
Keçirdiyi ilk dörd qarşılaşmada “quru hesabla” uduzan Vüqar Əliyevin yetirmələri Fransa ilə qarşılaşıb. AVRO-2021-də mübarizəni davam etdirmək şansı qalmayan komandamız üçün formal xarakterli matç da uğursuz alınıb. Millimiz yenə görüşdən xalsız ayrılıb. Voleybolçularımızın 5 matçda qazancı isə cəmi 1 set olub.
Beləliklə, komandamız A qrupunun oyunlarının keçirildiyi Serbiyada yarışla vidalaşaraq Bakıya xalsız qayıdır.
Qeyd edək ki, millimiz tarixində 9-cu dəfə qitə çempionatının final mərhələsinə qatılıb.
AVRO-2021
Qrup mərhələsi
A qrupu, V tur
25 avqust
19:00. Fransa – Azərbaycan - 3:1 (25:19, 26:28, 25:11, 25:18)
Belqrad. “Ştark Arena”
yer komanda O Q M S/F T/F X
1 Serbiya 4 4 0 12-0 300-205 12
2 Belçika 4 3 1 9-5 329-284 8
3 Rusiya 3 2 1 8-4 266-243 7
4 Fransa 4 2 2 7-7 302-297 6
5 Bosniya və H. 4 1 3 3-9 232-280 3
6 Azərbaycan 5 0 5 1-15 282-402 0