21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
AFFA-nın məlumatına görə, baş məşqçi Milan Obradoviç AVRO-2023-ün seçmə mərhələsinin ilk matçları üçün heyəti müəyyənləşdirib.
Yığmamız sentyabrın 2-də Xorvatiya, beş gün sonra Avstriyanın qonağı olacaq. Obradoviç səfər matçlarına çağırdığı futbolçuların adlarını açıqlayıb.
“Neftçi”dən dəvət olunan Mert Çelik, Asim Əlizadə, Vüsal Əsgərov və “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı komandasının Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.
Qeyd edək ki, millimiz hazırlıq məqsədilə avqustun 22-dən 29-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
1 Nicat Mehbalıyev Qəbələ
2 Rüstəm Samiqullin Sabah
3 Əkpər Vəliyev Keşlə
4 Rauf Hüseynli Zirə
5 Arsen Ağcabəyov Sabah
6 Rüfət Əhmədov Qəbələ
7 Bəşir Ayralov Zaqatala
8 Cəlal Hüseynov Zirə
9 Mert Çelik Neftçi
10 Elçin Mustafayev Keşlə
11 Səbuhi Abdullazadə Sumqayıt
12 Asim Əlizadə Neftçi
13 Şakir Seyidov Sabah
14 Ədilxan Qarəhmədov Səbail
15 Veysəl Rzayev Sabah
16 Fərid Yusifli Neftçi
17 Turan Vəlizadə Keşlə
18 Rüfət Abdullazadə Sumqayıt
19 Vüsal Əsgərov Neftçi
20 İsmayıl Zülfüqarlı Neftçi
21 Camal Cəfərov Sabah
22 Kamran Quliyev Sabah
23 Musa Qurbanlı Qarabağ
24 İbrahim Hüseynov Qarabağ