• 21 Oktyabr 2026
logo
Avropa çempionunun “Milan”a keçidi rəsmiləşib

Avropa çempionunun “Milan”a keçidi rəsmiləşib

İtaliyanın “Roma” klubunun futbolçusu Alessandro Florensinin “Milan”a keçidi rəsmiləşib.
30 yaşlı müdafiəçi mövsümün sonunadək icarəyə götürülüb.
İtaliyalı ötən mövsümdə də icarədə olub. O, PSJ-də 31 matçda 2 qol vurub.
Qeyd edək ki, Florensi bu yay İtaliya millisi ilə Avropa çempionu olub.