• 21 Oktyabr 2026
logo
Azərbaycanlı hakim-inspektor Ermənistanın oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Ermənistanın oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.
Bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Səmədli qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina və Ermənistan milli komandaları mübarizə aparacaqlar.
Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.