• 21 Oktyabr 2026
logo
Tokio 2020: Azərbaycan karateçisi finalda

Tokio 2020: Azərbaycan karateçisi finalda

Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarımfinalda çıxış edib.

İ.Zaretskaya yarımfinal görüşündə Çin idmançısı Qon Liyə qalib gələrək finala çıxıb.

Karateçimiz qrup mərhələsində keçirdiyi 4 görüşdən 3-də qalib gələrək 6 xalla qrup lideri olub.