Yaponiyada keçirilən Tokio-2020 Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı 193-ə çatıb.
Olimpiadanın Təşkilat Komitəsi daha 24 nəfərdə koronavirus aşkarlandığını bildirib. Onlardan 4-ü xaricdən gələn idmançılardır.
Qeyd edək ki, koronavirusa yoluxanlar arasında idmançılarla yanaşı 15 müqaviləli işçi də var.