Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasiminə az müddət qalmış açılış mərasiminin direktoru Kentaro Kobayaşi vəzifəsindən qovulub.
Bu barədə Yaponiya Olimpiya Komitəsinin prezidenti Seiko Haşimoto mətbuata açıqlamasında deyib.
Bildirilib ki, direktorun qovulmasına səbəb onun komediya ustası işləyərkən 6 milyon yəhudinin öldürüldüyü Holokost faciəsini ələ salması ilə bağlı görüntülərin ortaya çıxması olub.
Qeyd edək ki, 23 iyulda Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının rəsmi açılışı olacaq.