• 21 Oktyabr 2026
logo
“Qarabağ”ın müdafiəçisi Almaniyada əməliyyat olunub

“Qarabağ”ın müdafiəçisi Almaniyada əməliyyat olunub

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.
Bu barədə gənc müdafiəçi öz instaqram səhifəsi vasitəsilə məlumat yayıb.
Ağdam klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı sol ayağından zədələnən 21 yaşlı cinah oyunçusunun əməliyyatı Almaniyada baş tutub. Topuq bağları qopan Cəfərquliyevin ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı öncədən bildirilmişdi.
Qeyd edək ki, “Qarabağ”ın digər müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən uzun müddətə sıradan çıxıb.