• 21 Aprel 2024
logo
Vətən müharibəsi müəllim şəhidinin xatirəsinə həsr olunan bilik yarışı keçiriləcək

Vətən müharibəsi müəllim şəhidinin xatirəsinə həsr olunan bilik yarışı keçiriləcək

Vətən müharibəsi müəllim şəhidinin xatirəsinə həsr olunan bilik yarışı keçiriləcək.

10 mart 2024-cü il tarixdə“Qoşqar – Riyaziyyat və Məntiq” yarışı təşkil olunacaqdır.

2022-ci ildə təsis edilən və bu il üçüncüsü planlaşdırılan “Qoşqar – Riyaziyyat və Məntiq” yarışı Vətən müharibəsi şəhidi, müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunub.

“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının bu ilki buraxılışı Bakı, Sumqayıt, Naxçıvan, Xırdalan və Kürdəmir şəhərləri başda olmaqla respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 5-6-7-8-ci sinif şagirdləri arasında keçiriləcəkdir. Bir mərhələdə keçirilməsini nəzərdə tutduğumuz yarışda şagirdlər 1 saat müddətində 30 sualı cavablandıracaqlar. Yarışda şagirdlərin iştirakı ödənişsizdir. Layihə təşkilatçıların və tərəfdaşların maliyyə dəstəyi ilə həyata keçirilir.

III “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının təşkilatçıları Azərbaycan Memarlıq və İnşaat Universiteti, MUSİAD Azərbaycan və Hədəf Şirkətlər Qrupudur.Layihənin dəstəkçiləriAzərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası, OYAL, Sınaq İmtahan Mərkəzi, SinKOD, kitabevim.az mağazalar şəbəkəsidir.

Şəhid müəllim Ömərov Qoşqar Səxavət oğlu 1994-cü il fevralın 9-da Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2015-ci ildə ADPU-nun Riyaziyyat-informatika müəllimliyi ixtisasının bakalavr pilləsini, 2018-ci ildə AZMİU-nun İnformasiya texnologiyaları ixtisası üzrə magistratura pilləsini bitirib.

2016-cı ildə Hədəf Kurslarında pedaqoji fəaliyyətə başlayıb. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi işə qəbul olunub.

2020-ci il sentyabrın 21-də çağırışla ordu sıralarına qoşulub, sentyabrın 27-də Füzuli cəbhəsində müharibəyə qatılıb. Döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilib.

2020-ci ilin 4 noyabrında Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Ali baş komandanın əmri ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Yarışda iştirak etmək istəyənlər Hədəf Kursları filiallarına yaxınlaşaraq ödənişsiz olaraq buraxılış vərəqi əldə edə bilərlər.

Telefon: +994 77 5550121 www. https://hedefgroup.az