• 29 Avqust 2026
logo
Ötən ay əlilliyi olan şəxslərə 9,1 min reabilitasiya vasitəsi verilib

Ötən ay əlilliyi olan şəxslərə 9,1 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar ayında əlilliyi olan şəxslərə 9,1 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Baymedia.az-a verilən məlumata görə, onlardan 612-i təkərli oturacaq (o cümlədən 3-ü mühərrikli təkərli oturacaq), 190-ı aşağı və yuxarı ətraf, habelə 235-i eşitmə aparatı, 227-si qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 247 cüt protez ayaqqabı, 454 cüt ortopedik ayaqqabı, 7 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Yanvar ayında ümumilikdə 1,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.