• 27 Aprel 2024
logo
İmtahanların bu cür keçirilməsi mümkün deyil - DİM

İmtahanların bu cür keçirilməsi mümkün deyil - DİM

Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil.
Baymedia.az xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, hazırda bu üsuldan tam olaraq yüksək səviyyəli - magistraturaya, doktoranturaya qəbul imtahanlarında istifadə edilir:
“Buraxılış imtahanları isə ən kütləvi imtahanlar olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil. Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir”.
O əlavə edib ki, bu ilin sonuna qədər bütün dövlət imtahanlarının kompüterlə keçirilməsi planlaşdırılır.