• 5 Dekabr 2022
logo
“Canlı aləmi qorumaq hər kəsin vəzifəsinə çevrilməlidir”

“Canlı aləmi qorumaq hər kəsin vəzifəsinə çevrilməlidir”

Elman Cəfərli: “Planetimizdə baş verən təbii fəlakətlər ciddi narahatlıq yaradır

Son illər dünyada ekoloji tarazlığın pozulması ciddi fəsadlar yaradıb. Su mənbələrinin quruması meşələrin keçəlləşməsinə, iri sənaye şəhərlərində yaşıllıqların məhvi, çoxillik ağacların kəsilməsi hava çirkliliyinin artmasına səbəb olub. Böhran o həddə çatıb ki, ekoloqlar baş verəcək fəlakətlərlə bağlı həyəcan təbili çalırlar. Ölkəmizdə də təbiətsevərlər narahatdır. Hesab edilir ki, yaşıllıqların mühafizəsinin gücləndirilməsi üçün tədbirlər artırılmalı, gənclərdə ekoloji tərbiyə erkən yaşlarda başlanmalıdır.
Müsahibimiz "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlidir.
-Elman bəy, rəhbərlik etdiyiniz "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin icra etdiyi layihə hansı mərhələdədir?
-"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Cəmiyyətdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili" layihəsinin icrasını davam etdirir.
Layihə çətçivəsində maarifləndirmə tədbirlərimiz davam edir.
Oktyabrın 21-də Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə “Təbiətin mühafizəsinin gücləndirilməsi, ekoloji maarifləndirmə işinin təşkilində məktəbin rolu” mövzusunda məktəblilərin iştirakı ilə tədbir keçirdik. Gənc məktəbli dostlarımızla maraqlı görüşümüz oldu. Bilirsiniz ki, son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, sel və daşqınlar, torpaq sürüşmələri ciddi narahatlıq yaradıb.
Təbii ehtiyatlardan israfçılıqla istifadə, ayrı-ayrı işbazların tez varlanma hərisliyi üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur.
Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində ictimai fəalların, KİV-in gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür.
Ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir. Hədəf qrupu olaraq məktəbliləri seçməkdə məqsədimiz odur ki, ekolji tərbiyənin erkən yaşlardan başladığını düşünürük.
Düşünürük ki, ekoloji tərbiyə ilə gəncləri doğma torpağı və təbiəti sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik. Təbiət güclüdür, ancaq bu güc tükənməz deyil. İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər.
Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır.
Gələcəyin qurucuları olan gənclər fəal və məsuliyyətli olmalı, təbiətin düşməni olan ağackəsənlərə, ərtaf mühiti çirkləndirənlərə qarşı mübarizə aparmalıdır. Əgər yanında kimsə ağacı kəsirsə, zibili məişət tullantıları üçün ayrılan yerə, qablara atmırsa ona irad bildirməliyik. Məsuliyyətli vətəndaş küçəni, həyəti zibilləyənlərə, ora boş su butulkası, polietilen torba atanlara yaxınlaşın və onlara irad bildirməlidir.
Ən gözəl tərbiyə nümunədir. Biz şəxsi nümunəmizlə davranış modeli yarada bilərik.
-Gənclərdə ekoloji tərbiyənin formalaşdırılmasında daha çox məsuliyyət kimin üzərinə düşür: Məktəbin, valideynin, yoxsa toplumun?
-Bu işdə hər kəs aktiv rol oynamalıdır. Ətraf mühitə laqeyd qalmayan, məsuliyyətli, duyarlı vətəndaş vətəndaş yetişdirmək ağır və çətin prosesdir. Əlbəttə, tərbiyə ailədən başlanır. Öncə valideyn övladını təbiətə qayğı ilə yanaşmağı, ətraf mühitə duyarlı olmağı öyrətməlidir. Sonra məktəbdə bu proses davam etməlidir. Biz layihənin sonundan aidiyyati dövlət qurumlarına, Milli Məclisin təhsil komitəsində müraciət etməyi düşünürük. Məktəblərdə ekoloji bilgilər verən fənnlər və ya məşğələlər tədris proqramına salınmalıdır. Aşağı sinif şagirdlərinin təbiət qoynuna ekskursiyaları təşkil olunmalıdır. Erkən yaşlarında uşaqlara ağac kəsməyin, yaşıllıqları məhv etməyin, ətrafı zibilləməyin yanlış olduğu başa salınmalıdır. Tətil günlərində məktəbli könüllülər ağacəkmə, yaşıllıqlara qulluqetmə aksiyalarına cəlb edilməlidir.
Gənclər hələ məktəbli yaşında məsuliyyətli vətəndaş kimi böyüməlidr. Onlara çağırış edirik ki, planetimizin ağciyərləri hesab olunan meşələrə, ağaclıqlara düşmən kəsilənlərlə mübarizəyə qoşulsunlar. Ağac kəsənlərə irad bildirsinlər. Qoy yaşıllıq düşmənləri utansınlar, ictimai qınaqdan çəkinsinlər. Bir ağacın belə kəsilməsi də təbiətə vurulan zərbədir. Çünki normal oksigen verən ağacın yetişməsi üçün 20 il-30 il lazımdır. Çin Xalq Repsublikasına hətta səhrada belə ağaclar əkirlər. Bu ölkə meşə salma sahəsində öncül yerlərdə dayanır. Hər il Türkiyədə “Gələcəyə nəfəs” adlı ağacəkmə kampaniyaları keçirilir. 2019-cu ildə bu kampaniya çərçivəsində 11 milyon ağac ekilib.
Türkiyədə 40 mindən çox insan meşəçilik sahəsində çalışır. Azərbaycanda da meşəçilik bir peşəyə çevrilməlidir. Bizim meşə fondumuz o qıdır də çox deyil. 2020-ci ildə 44 günlük müharibə ilə müzəffər ali baş komandanın rəhbərliyi ilə şanlı ordumuz işğalçı Ermənistan üzərində qələbə qazandı. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan bərəkətli torpaqlarımız, meşə sahələrimiz işğaldan azad edildi. Doğrudur son 30 ildə işğalçı ermənilər Qarabağdakı meşə fondumuzu məhv edib. Qiymətli ağac növləri ilə zəngin olan meşələrimiz kəsilib. Su mənbələrimiz çirkləndirilib. Lakin biz o meşələri bərpa edəcəyik.
İkinci görüşümüz oktyabrın 28-də Xaçmaz şəhəri Çingiz Abdullayev adına Xaçmaz şəhər 2 №-li tam orta məktəbdə baş tutdu. Orada "Yeni nəsildə ekoloji şüurun formalaşdırılmasının əsas meyarları" mövzusunda məktəblilərin iştirakı ilə tədbir keçirdik. Təbdirdə yerli icra hakimiyyətinin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçisi və vətəndaş cəmiyyətinin aktivləri iştirak etdi. Onlara birgə məktəblilərlə maarifləndirici söhbətlə apardıq.
-Bu tədbirlərin gənc nəsildə ekolji təbriyənin formalaşaması prosesinə faydası olurmu?
-İstər nəzəri maarifləndirmə işinin, istərsə də praktiki ağacəkmə kampaniyalarının gənc nəsilə faydası var. "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə aprel ayında Xətai rayonu ərazisində yaşıllaşdırma aksiyası keçirdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ağac tingləri və kolları aldıq. N.Tusi küçəsində keçirdiyimiz aksiyaya məktəb yaşında uşaqlar böyük maraq göstərdi. Onlardan bir neçəsi yaxınlaşıb bizə kömək etdi. Uşaqlara erkən yaşlarından faydalı əməyə alışdırmaq lazımdır. Aparılan təbliğat işlərinin böyük faydası var.
Ancaq bu, təkcə QHT-lərin işi deyil. Media sahibkarlıq subyektidir. Amma kütləvi infomasiya vasitələrinin vəzifəsinə
maarifləndirmə də daxildir. Hesab edirəm ki, aparıcı telekanallar, baxımlı onlayn media meşələrin, su mənbələrinin qorunması, sudan qənaətlə istifadəni təbliğ edən sosial çarxlar hazırlamalıldır. Medianın təsr gücü daha çoxdur. Media bunu ictimai maraqlar naminə etməlidir. Çünki elə bir dövrə gəlib çatmışıq ki, dünyamızı, canlı aləmi qorumaq hər kəsin vəzifəsinə çevrilməlkdir. Qlobal iqlim dəyişikliklərinin ciddi problemlər, humanitar fəlakət, ərzaq qıtlığı yaradacağı proqnozlaşdırılır. Bu gedişatı görə-görə laqeyd qalmaq olmaz. Artıq işbazlar da anlamalıdır ki, ağaclıqların məhvi nəfəsimizin kəsilməsidir. Tamahgir işbazlar bilsin ki, oturduğumuz budağı kəsmək yalnız özümüzə zərər verəcək.
-Layihə nə zaman yekunlaşacaq? İcra dövründə başqa hansı işlər nəzərdə tutulur?
- Layihə bu ayın sonunda başa çatmalıdır. Məktəblilərlə daha bir görüşümüz noyabrın 11-ə planlaşdırılır. Keçirdiyimiz görüşlərlə bağlı mediada, sosial şəbəkələrdə məlumatlar yayırıq. Təşkil etdiyimiz video-müsahibədə mövzu ilə bağlı geniş müzakirəmiz oldu. Məktəb yaşlı uşaqlar üçün canlı aləmə, təbiətə sevgi aşılayan video-kitablar hazırlamışıq. Tam hazır olandan sonra mobil tətbiqdə və sosial şəbəkələrdə paylaşılacaq. Hesab edirik ki, bu video-kitab məktəb yaşlı uşaqlar üçün yaxşı bir ərməğan olacaq.

Əli