• 20 Aprel 2024
logo
“Azərbaycanda vaksinasiya ilə bağlı durum müsbətdir”

“Azərbaycanda vaksinasiya ilə bağlı durum müsbətdir” - Vaqif Qarayev

“Azərbaycanda son bir həftəyə qədər pandemik durum yaxşı idi. Amma “omikron” ştammı Azərbaycana gəldi və yoluxma sayında artım müahidə olnur. Düşünürəm ki, daha da çoxalacaq. Çünki qonşu ölkələrdə yoluxma sürətlə artırsa, bizdə də artmalıdır. Bu təbiidir”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamsında tanınmış həkim Vaqif Qarayev deyib. V.Qarayev bildirb ki, Azərbaycanda vaksinasiya ilə bağlı durum müsbətdir: “Hesab edirəm ki, ona görə də yoluxma sayı kəskin azaldı. Məni ən çix “buster” doza maraqlandırırdı. Kifayət qədər insan “buster” doza alıb. Yəni inzibati qərarlar olmasa idi, əminəm ki, bizdə də vaksinasiya normal qaydada getməyəcəkdi. Sadəcə qadağalara görə, insanlar peyvənd olundular. Mən peyvəndin müsbət tərəflərinə inanıram, buna görə də həmişə insanları peyvəndlənməyə çağırıram. Amma indi nə olacaq? Etibarlı elmi mərkəzlərin məlumatına görə, “omirkon”un əvvəlki ştamlarla müqayisədə yoluxuculuq qabiliyyəti yüksəkdir, amma xəstəlik ağır gedişat törətmir. Ən azı pnevmoniya ilə ağırlaşmalar azdır. Bu da onu göstərir ki, xəstəxanalar əvvəlki kimi yüklənməyəcək. Ən əsası isə ölüm faizi kifayət qədər aşağıdır. Yəni yoluxuculuq var, bütün dünyanı bürüyüb. Amma müsbət tərəflər də mövcuddur”.
Qorunmaq məsələsinə gəlincə isə V.Qarayev bildirdi ki, əvvəlki kimi maska, dezinfeksiya və məsafəyə mütləq diqqət yetirilməlidir: “Belə infeksiyalardan qorunmağın başqa yolu yoxdur”.

Əli