• 8 May 2024
logo
Tarixçi alim Aydın Balayev vəfat edib

Tarixçi alim Aydın Balayev vəfat edib

Tarix üzrə elmlər doktoru Aydın Balayev vəfat edib.
Bu barədə APA-ya onun həyat yoldaşı Nailə Balayeva məlumat verib.
O, tarixçinin uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb.
A.Balayev 1956-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.
Qeyd edək ki, 65 yaşlı professor bir sıra araşdırmaların, tarixi əsərlərin müəllifidir.
Allah rəhmət eləsin!
Aytac Sahəd, Səlcuq Elçin