• 29 Noyabr 2021
logo
Şuşada üzərində reklam yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı təsdiqlənib

Şuşada üzərində reklam yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı təsdiqlənib

Nazirlər Kabineti “Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin Siyahısı”nı təsdiq edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, qərar “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasıı təmin etmək məqsədilə hazırlanıb.
Qeyd edilib ki, Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin ərazidə qoruq rejiminin tətbiqinə imkan verir. Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.
Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin
SİYAHISI