• 25 Aprel 2024
logo
Gələn ilin təhsil xərcləri açıqlanıb

Gələn ilin təhsil xərcləri açıqlanıb

Gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə ayrılan vəsait məlum olub.
Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, təhsil xərclərinə 3 884 325 660,0 vəsait ayrılıb. Məktəbəqədər təhsil xərcələri üçün 376 858 452,0; ümumi təhsil üçün 2 090 153 867,0; peşə təhsili üçün 63 815 388,0; orta ixtisas təhsili ümün 87 300 596,0; ali təhsil üçün 59 987 844,0; əlavə təhsil üçün 3 937 523,0; təhsil sahəsində tətbiqi tədqiqatlar üçün 7 015 701,0; təhsil sahəsində digər müəssisə və tədbirlər üçün isə 1 195 258 291,0 manat vəsait ayrılıb.