• 19 Aprel 2024
logo
III ixtisas qrupuna daxil olan ixtisaslar iki altqrupa bölünəcək

III ixtisas qrupuna daxil olan ixtisaslar iki altqrupa bölünəcək

2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında qeyd olunduğu kimi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.

DİM-dən bildirilib ki, bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Nazirlər Kabinetinin qərar layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

III qrup

DT* altqrupu

TC** altqrupu

I mərhələ (cari ilin məzunları üçün – buraxılış imtahanı)

Azərbaycan (rus) dili –100 bal

Riyaziyyat –100 bal

Xarici dil –100 bal

II mərhələ

Azərbaycan (rus) dili–150 bal

Tarix–150 bal

Ədəbiyyat–100 bal

Coğrafiya–100 bal

Bütövlükdə

700 bal

700 bal

*DT altqrupuna daxil olan ixtisaslar – Hüquqşünaslıq, Tarix, Tarix müəllimliyi, Filologiya, Dil və ədəbiyyat müəllimliyi, Xarici dil müəllimliyi, Tərcümə, Dövlət və ictimai münasibətlər və s.

**TC altqrupuna daxil olan ixtisaslar - Beynəlxalq münasibətlər və Regionşünaslıq.