• 9 Dekabr 2021
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 366 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9383669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5060409, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4323260 təşkil edir.