Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Sarı xəbərdarlıq
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Hansı ərazilərdə küləkli hava şəraiti davam edir?
Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən, Şabran, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Ceyrançöl, Qazax, Ağstafa, Qobustan, Hacıqabul, Gəncə, Daşkəsən, Gədəbəy, Samux, Göygöl, Xaçmaz, Kəlbəcər, Laçın, Mingəçevir, Qusarda şimal-qərb küləyi əsəcək.
Küləyin sürəti
Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.