• 6 Dekabr 2024
logo
QMİ sədri COP çərçivəsində Dini liderlərin Məşvərət Şurasının yaradılmasını təklif edib

QMİ sədri COP çərçivəsində Dini liderlərin Məşvərət Şurasının yaradılmasını təklif edib

“COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən biri də Qlobal atəşkəs təşəbbüsüdür və mən dünyamızın xilası, övladlarımızın gələcəyi naminə bütün dini liderləri bu təşəbbüsə dəstəyimizi ifadə etməyə çağırıram”.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Bu məramla, BMT-nin COP çərçivəsində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını da təklif edirik. Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusunda maarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlaya bilər. Əminəm ki, COP 29 Bakı sammitində dini platformanın təklifinə təqdirlə yanaşılacaq və Sammitimizin Yekun sənədində dünya dini liderlərinin müdrik fikir və səmərəli tövsiyələri dövlət və ictimaiyyət xadimlərinin bu istiqamətdə səylərinə mənəvi dəstək və dəyərli töhfə olacaqdır”, - deyə o əlavə edib.