• 12 İyul 2024
logo
Bu ərazidən sel keçir

Bu ərazidən sel keçir

Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan qısamüddətli sel keçib.

Bu barədə Baymedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib.

Hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.