• 20 İyun 2024
logo
Xocalının tabeliyinə iki məktəb verildi

Xocalının tabeliyinə iki məktəb verildi

Xocalı rayonunun tabeliyinə iki məktəb verilib.

Baymedia.az Report-a istinadən xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısına dəyişiklikdə əksini tapıb.

Belə ki, “Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbi” sözləri “Xocalı rayonu Malıbəyli kənd tam orta məktəbi” sözləri ilə əvəz edilib.

Bundan başqa “Şuşa rayonu Quşçular kənd tam orta məktəbi” bundan sonra “Xocalı rayonu Quşçular kənd tam orta məktəbi” adlandırılıb.