• 27 İyul 2024
logo
Emin Əmrullayev Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçirib

Emin Əmrullayev Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçirib

Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ikitərəfli görüşlər keçirib.

Elm və Təhsil Nazirliyindən Baymedia.az-a verilən xəbərə görə, Emin Əmrullayev Malayziyanın ali təhsil naziri Zambri Abdul Kadir və Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.

Forum çərçivəsində elm və təhsil naziri həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Təhsil departamentinin məktəblər üzrə müşaviri Baronessa Diana Baranla görüş keçirib.

Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.

Emin Əmrullayev Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçiribEmin Əmrullayev Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçiribEmin Əmrullayev Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçiribEmin Əmrullayev Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçirib