• 20 İyun 2024
logo
DİM sədri: Attestatla ali məktəbə qəbul...

DİM sədri: Attestatla ali məktəbə qəbul...

Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.

Baymedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sıfır balla da attestat alan var:

"Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin".

DİM sədri həmçinin abituriyentlərə də müraciət edib:

"İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil".