• 27 İyul 2024
logo
Təhsildən kənarda qalan 132 uşaq aşkarlanıb

Təhsildən kənarda qalan 132 uşaq aşkarlanıb

Elm və Təhsil Nazirliyi dövlət uşaq müəssisələrinin məzunu olan 10 gəncin mənzillə təmin olunması üçün aidiyyəti üzrə vəsatət qaldırmış (hazırda müvafiq məsələyə baxılır), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı 1.145, əcnəbilər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı 23, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müxtəlif ailələrdə qəyyumluğa və himayəyə verilmiş uşaqlarla bağlı 56, təhsildən yayınma halları üzrə 68 monitorinq aparıb.

Baymedia.az-ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrəillik məlumatında əksini tapıb.

Qeyd edilib ki, polis orqanları tərəfindən baxımsız, eləcə də müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 132 uşağa və onların valideynlərinə “Uşaq hüquqları klinikası”nda, “Uşaq və gənclərin sosial reabilitasiyası mərkəzi”ndə hüquqi, psixoloji və digər yardımlar göstərilib.