• 4 May 2024
logo
Sabah yağış yağacaq, külək əsəcək

Sabah yağış yağacaq, külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Baymedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-60 % olacaq.

Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.