• 19 May 2024
logo
Sumqayıtın bu hissəsində su olmayacaq

Sumqayıtın bu hissəsində su olmayacaq

Sabah saat 10:00-dan 20:00-a qədər Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

Baymedia.az xəbər verir ki, bu barədə Azərsu ASC-nin Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilir ki, şəhəri içməli su ilə qidalandıran 85.75 səviyyəsindən gələn 450 mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq 48, 50, 51-ci məhəllələrdə,16,17,18, 20, 21-ci mikrorayonların və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.