• 27 Aprel 2024
logo
İllik maliyyə hesabatını təqdim etməyən QHT-lərin məsuliyyətinə dair hüquqi akt hazırlanacaq

İllik maliyyə hesabatını təqdim etməyən QHT-lərin məsuliyyətinə dair hüquqi akt hazırlanacaq

Qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) illik maliyyə hesabatının Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən normativ hüquqi aktın layihəsi hazırlanacaq.

Baymedia.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda əksini tapıb.
Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) illik maliyyə hesabatının Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən normativ hüquqi aktın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.