• 24 Aprel 2024
logo
Müharibə iştirakçılarının məşğulluğuna dəstək layihəsi başa çatıb

Müharibə iştirakçılarının məşğulluğuna dəstək layihəsi başa çatıb

“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi Müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi məqsədilə “Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi başa çatıb.

Tədbirlərdə Vətən Müharibəsi qaziləri və iştirakçıları, Kənd Təsərrüfatı Nazirliyinin regional qurumlarının nümayəndələri, arıçılar, gənclər, təhsil müəssisəsinin müəllim və tələbə heyəti, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak etiblər.
Layihə çərçivəsində 06.03.2023 – 17.03.2023 tarixlərində nəzəri və praktiki olmaqla arıçılıq, arıçılığın tarixi, respublikamızda arıçılığın inkişafı, Prezident İlham Əliyevin 05 mart 2018-ci il tarixdə imzaladığı «Azərbaycan Respublikasında Arıçılığın İnkişafının Stimullaşdırılması» haqqında sərəncamı, arı ailəsi, arıçılığa yeni başlayanlar üçün zəruri bilgilər, arıçılıq avadanlıqları, arı cinsləri, arı ailələrinin artırılması, arı məhsulları, arı xəstəlikləri və zərərvericiləri, arı sancmaları zamanı ilk tibbi yardım, aqroturizmin inkişafında arıçılığın rolu və s. haqqında geniş məlumat verilib.
12.04.2023-cü il tarixində isə layihə çərçivəsində nəzərdə tutulmuş bal arısı ailələri iştirakçılara paylanılıb.
Vətən müharibəsi qaziləri və iştirakçıları dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmalarından, bu layihənin əhəmiyyətindən danışıblar və arıçılığa olan maraqlarını, arıçı kimi uğurla fəaliyyət göstərəcəklərindən əminliklərini ifadə ediblər.