• 27 Yanvar 2023
logo
“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunları açıqlandı

“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunları açıqlandı - FOTO

24 yanvar tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirir. SİA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri və media nümayəndələri iştirak edirlər.

​ Konfrans Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva mətbuat konfransınının məqsədi haqqında məlumat verib və bildirib ki, Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək ötən il Agentlik “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsini elan etmişdir. Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatı tərəfindən layihə təqdim olunub, onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul etmişdir. Qalib gələn layihələrin əsas qayəsində Şuşanın tədqiqini həsr olunmuş layihələr, eyni zamanda bloggerlərin, müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, Şuşada düşərgələrin keçirilməsi, xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin, elmi konfransların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əks olunmuşdur. Bu gün təşkil edilən mətbuat konfransının əsas məqsədi həmin layihələr çərçivəsində görülən işləri medianın diqqətinə çatdırmaqdır.

​ Daha sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələri haqqında film təqdim olunub.

Təqdimatdan sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri icra olunmuş layihələrlə bağlı jurnalistlərin suallarını cavablandırıblar.

Suallardan sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova layihə qaliblərinin Qarabağ Dirçəliş Fonduna ianə etmələrini müsbət hal kimi qiymətləndirərək bildirib ki, bu təşəbbüsün dəstəklənməsi, həyata keçirilməsi doğma Qarabağımızın yenidən bərpasına xidmət edəcək . İnanıram ki, vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesdə yaxından iştirak etməklə Qarabağımız bərpası prosesinə öz töhfələrini verəcəkdir. Agentliyə Fond tərəfindən ianə sertifikatı təqdim olunub.

Mətbuat konfransına şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” kompozisiyası ilə yekun vurulub.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.